25 Oktyabr 2016 16:07
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Dövlət Film Fondunda kinooperator və kinorejissor Rasim İsmayılovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Film Fonddan Teleqraf.com-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və ARKİ-nin dəstəyi ilə baş tutacaq tədbirdə Murad Muradovun görkəmli sənətkara həsr edilmiş "Uçan çinarlar" sənədli filmi nümayiş etdiriləcək.

Giriş sərbəstdir.

Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıbr. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olub.

Filmoqrafiyasında “Axırıncı aşırım”, “Babək”, “Dədə Qorduq”, “Gün keçdi”, “Möcüzələr adası”, “Şir evdən getdi”, “Yeddi oğul istərəm” və başqa filmlər yer alır.

O, martın 3-ü 2004-cü ildə vəfat edib.

Nərmin


Müəllif: