“Ağabəyim ağa Cavanşir haqqında əsər yazıram. Artıq bitirmək üzrəyəm. Son işləri qalır. Gələn ay QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə dərc olunacaq. Uzun illər çalışdıqdan sonra dəstək ala bilmişəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir deyib. O, əsərin bədii-publisistik üslubda qələmi alındığını bildirib: “Kitabın bütöv adı belədir: “Qarabağ Tarixindən; İbrahim xanın qızları; Ağabəyim ağa”. Bu kitab sırf Ağbayim Ağa barədə olan ilk kitabdır. Əsasən bədii dillə yazılıb, bəzi yerlərdə izah vermək üçün publisistikaya müraciət etmişəm”.
Sevinc