6 Yanvar 2017 13:36
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan “Aydın yol” qəzeti bağlanıb.

Bu barədə APA-nın sualına cavabında Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud məlumat verib.

Mərkəz direktoru bildirib ki, qəzetin bağlanması bəzi mətbuat orqanlarının yazdığı kimi maliyyə məsələsi ilə bağlı deyil: “Bəli, qəzet bağlanıb. Amma bu, yazıldığı kimi maliyyəyə bağlı deyil. Sadəcə, indi internet saytları daha aktualdır, ona görə də qəzetin satışı aşağı səviyyədə idi. Satış qəzetin çapı üçün sərf olunan intellektual əməklə uzlaşmırdı. Ona görə qərara aldıq ki, qəzetin çapını dayandıraq. Qəzetin əsas yaradıcı heyəti mərkəzdə işini bu gün də davam etdirir. Bir neçə nəfər texniki işçi isə ixtisara düşüb”.

A.Məsud qeyd edib ki, hazırkı şəraitdə Tərcümə Mərkəzinin maliyyə ilə bağlı heç bir problemi yoxdur: “Əksinə, bizim mərkəzə yeni imtiyazlar verilib ki, bu da fəaliyyətimizə müsbət təsir edəcək. Tərcümə Mərkəzinin strukturu genişləndirilir, yeni və daha işlək fəaliyyət sahələri yaradılır”.


Müəllif:

Oxşar xəbərlər