17 Fevral 2017 18:13
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanıb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşa artıq Lənkəran və Biləsuvarda nümayiş olunub.

Bu gün isə kollektiv Cəlilabadda teatrsevərlərin qarşısında çıxış edib.

İkihissəli komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva və aktrisa Ləman İmanova, Mirzə Ağabəyli, Almaz Amanova çıxış edirlər.

Nərmin


Müəllif: