Musiqili Teatrda mərhum xalq artisti Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq.
Bu barədə Teleqraf.com-a teatrın mətbuat katibi Samir Sədaqətoğlu məlumat verib.
Onun sözlərinə görə teatrın rəhbərliyi Hacıbaba Bağırovun anadan olmasının 85 illiyi ilə əlaqədar olaraq xüsusi tədbirlər planı hazırlayıb.
İyunun 11-də isə vaxtı ilə onun Məşədi İbad obrazını canlandırdığı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının nümayişi nəzərdə tutulur.
Tədbirlər çərçivəsində teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq.
Nərmin