27 Aprel 2017 08:51
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı rejissor Conatan Demme vəfat edib.

Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, 74 yaşlı rejissor Nyu Yorkdakı evində dünyasını dəyişib.

Yaxınlarının sözlərinə əsasən, o, qida borusu xərçəngi və ürək-damar sistemi xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib.

Qeyd edək ki, ilk filmi “Merlin və Qovard”ı 1980-ci ildə çəkən Demme daha çox “Quzuların səssizliyi” filmi ilə tanınıb. O, adıçəkilən ekran işinə görə 1992-ci ildə “Oskar” mükafatı alıb.


Müəllif: