2 May 2017 11:19
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mübariz” filminin yaradıcı heyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin istehsalçısı “İstFilm”in mətbuat katibi Babək Həsənzadə məlumat verib.

Yaradıcı heyət istehsal olunacaq “Mübariz” filmi ilə bağlı Milli Qəhrəmanın ailəsindən xeyir-dua alıb, ssenari barədə fikir mübadiləsi aparıb, gələcək planlarını açıqlayıblar.

Türkiyənin “İstFilm” şirkəti 15 iyulda baş verən dövlət çevrilişinə cəhdlə əlaqədar 2015-ci ildə istehsalı başlayan filmi təxirə salmışdı.

Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşn səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. Ekran əsəri Azərbaycanda çəkiləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər