Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı 14 ölkənin turizm sahəsi üzrə səlahiyyətli şəxsləri iştirak edir.
İslam turizmi sahəsində yeni standartlar və marketinq strategiyasının inkişafı ilə bağlı Malayziya, Türkiyə və BƏƏ-nin təcrübəsi nəzərə alınır. İƏT-ə üzv dövlətlər arasında keçirilən təlimə Malayziyanın İslam Turizm Mərkəzinin direktoru Said Zulkifli, Mərkəzin professoru Din Abdul Kadir və SESRİC təşkilatının tədqiqatçısı Cem Tintin başçılıq edir.
Qeyd edək ki, artıq müzakirələr zamanı İƏT-ə üzv ölkələrdə “halal turizm” standartlarının inkişafı məqsədilə ümumi loqonun işlənib hazırlanması və tətbiqi təklif edilib.