7 Avqust 2017 18:15
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Rüstəm Behrudi sosial şəbəkələrdə oğlu Orxan Behrudini özünəməxsus şəkildə təbrik edib.

Teleqraf.com xəbər verir ki, şair Feysbukda status paylaşaraq oğluna arzularını dilə gətirib:

“Əzizim, oğlum, Orxan! Bu gün sənin doğum günündür. Səni kimi oğlum olduğu üçün çox şanslıyam! Bu gün namuslu, ləyaqətli yaşamağın nə qədər zor olduğunu bilirəm. Sən buna rəğmən, bu yaşına qədər türk millətinin bütün dəyərlərinə sadiq qalaraq yaşamısan. Doğum günün qutlu olsun, oğlum!”.

Şair bildirib ki, özünün doğum günü sentyabra təsadüf etsə də, artıq onu təbrik etməyə başlayıblar:

“Doğum günüm sentyabrda olsa da, ilk təbriki indicə aldım. Dəyərli Sayman Aruz xəbər verdi ki, Tehranda yeni kitabım çap olunub. Söz verdi ki, kitabları sabah mənə təqdim edəcək.

Məndən xəbərsiz kitablarımı çap eləmək mənim üçün ən böyük təbrik, ən dəyərli hədiyyədir! Sayman bəy onu da əlavə elədi ki, kitabın çap olunmasında ən böyük dəstəyi istedadlı şair Səid Muğanlı göstərib. Ona da dərin təşəkkürümü bildirirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər