Bu gün mərhum xalq artisti İhamə Quliyevanın doğum günüdür.
Teleqraf.com xəbər verir ki, İ.Quliyeva 1943-cü ildə Lənkəranda dünyaya gəlib.
1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Şərəf” və “Şöhrət” ordenli primadonna həm də Dağıstanın xalq artisti idi. “Göygöl”, “Ağ çiçəyim”, “Neylərsən?”, “Unut məni” mahnıları bu gün də sevilərək, dinlənilir.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.
Mərhum sənətçi xalası nəvəsi Orxan Nadirovu övladlığa götürmüşdü.