24 Avqust 2017 15:54
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada “Kopenhagen”lə “pley-off”un cavab matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”a görə sosial şəbəkə paylaşımları gecədən bəri davam edir.

Teleqraf.com xəbər verir ki, bir çox şou-biznes nümayəndələri də futbolçularımızın bu uğuruna biganə qalmayıb.

Xalq artisti Brilyant Dadaşova:

Ura… Nəhayət ki, idman oyunlarında futbolçularımız da bizi sevindirdi. İnsan sevincini paylaşıb, kədərini gizli saxlamalıdır.

Təbriklər, “Qarabağ”!

Müğənni Vüqar Muradov:

Heç kim unutmasın, bu “Qarabağ”dır, bu, Azərbaycanın Qarabağıdır, bu Qarabağ tarixə imza atdı, ilk dəfə Çempionlar Liqasında bir Azərbaycan klubu oynayacaq, böyük bayramdır bu! Azərbaycanın bayramıdır. Yaşa, Qarabağım! Yaşa, Azərbaycanım! Canım fəda sənə! Hər kəsi təbrik edirəm, çox sevincliyəm, çox xoşbəxtəm!

Prodüser Tarix Əliyev:

Bu, bir tarixdir. Azərbaycan bütün dünyaya Qarabağı göstərdi.

Əməkdar artist Murad Dadaşov:

Dəyərli Qurban Qurbanov, hər şey sənə halal olsun!

Əməkdar artist Tünzalə Əliyeva:

Göz yaşlarımı tuta bilmədim. Nə gözəl bir sevinc, nə gözəl bir bayram! Hər kəsi təbrik edirəm!

Aparıcı Murad Əzimzadə:

Həyacanlandıq, gərgin anlar yaşadıq, qışqırdıq, dizimizə döyüb, ovucumuzu üzümüzə sıxıb ağladıq da, amma inamımızı itirmədik... Bu, Qarabağa olan həsrətin inama bürünmüş qəzəbi idi... Bu gün “Qarabağ”ın bizə yaşatdığı, sözlə ifadəsi mümkünsüz sevinc hissi gələcək qələbəmizə işarə idi!!! Çox sağ ol, “Qarabağ”, çox sağ ol qızıl məşqçi Qurban Qurbanov, çox sağ olun “Qarabağ”ın igid oyunçuları!

Ardı fotolarda:


Müəllif: Könül

Oxşar xəbərlər