31 Avqust 2017 01:28
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ kolleksiyası" Berlində və Londonda uğurlu təqdimatdan sonra Belçikanın Antverpen şəhərində də nümayiş etdiriləcək.

Teleqraf.com xəbər verir ki, Fransa bürosunun məlumatına görə, “Qarabağ kolleksiyası” oktyabrın 25-də Antverpendə nümayiş olunacaq.

Bu geyimlər Berlində yaşayan 25 yaşlı gənc dizayner Leoni Mergen tərəfindən hazırlanıb. Kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanaraq ərsəyə gətirilib.

Azərbaycanın mədəni irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Belə ki, atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər