Bir neçə gün əvvəl sosial şəbəkələrdə sağlamlıq imkanı məhdud olan iki qardaşın müğənni Miri Yusif və "Bozbaş Pictures"in "Qılman"ı (İlkin Misgərli) ilə görüşmək arzularında olduğu barədə məlumat yayılmışdı.
Teleqraf.com xəbər verir ki, arzuladıqları şəxslərlə görüşən uşaqlardan biri - Vəli artıq bu gün dünyasını dəyişib.
Bu barədə onların İlkin Misgərli ilə görüşmək istəyini elan edən şəxs - Mahir Orucov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Vəli ölümündən bir gün qabaq ən böyük arzularından birinə - Miri Yusifi görmək arzusuna çatmışdı. Mahir Orucov qeyd edib ki, ötən gün Vəlinin vəziyyəti pisləşib, iki dəfə təcili yardım gəlib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.