Müğənni Nazənin Arakanda müsəlman kişi, qadın və uşaqların kütləvi şəkildə və amansızcasına öldürülməsi ilə bağlı öz həmkarlarını birliyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, o, müğənni yoldaşlarını sosial şəbəkədə bir neçə gün yalnız buddistlərin vəhşilikləri ilə bağlı paylaşımlar etməyə çağırıb. O, İnstaqramda bu sözləri qeyd edib:
“Əziz müğənnilər, gəlin, birlik nümayiş etdirək. Bütün bu olanlara biganə qalmayaq. Heç olmasa, bir neçə gün yalnız bu vəhşilərin etdiklərini öz səhifəmizdə göstərək. Allah bütün bunların cavabını yerdə qoymayacaq. Günahsız körpələrin nə günahı var axı?”