21 Sentyabr 2017 18:08
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi 29-cu mövsümünü Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə açıb.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Rəşid Şərif, musiqi tərtibatçısı Amid Qasımovdur.

Səhnə əsərində əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış ediblər.
Hazırda “Yuğ” teatrının binası olmadığından tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində göstərilib.


Müəllif: Könül

Oxşar xəbərlər