24 Sentyabr 2017 23:44
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Heydər Əliyev sarayında "Əbədi musiqi" adlı konsert-tamaşa təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev adına Sarayın mətbuat xidməti məlumat yayıb. Konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, "Mədəniyyət" kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında keçiriləcək.

Gecədə xalq artistləri Azər Zeynalov və Samir Cəfərov, əməkdar artistlər Anar Şuşalı, Aqşin Abdullayev, İnarə Babayeva, Fərid Əliyev, Gülnaz İsmayılova, Fəridə Məmmədova, İlham Nəzərov, müğənnilər İlahə Əfəndiyeva, Fəhmin Əhmədli, Taleh Yəhyayev, Orxan Cəlilov və digərləri çıxış edəcək. Solistləri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.


Müəllif: Könül

Oxşar xəbərlər