10 Noyabr 2017 11:35
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elmed” klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib.

Binəqədi rayon Məhkəməsi müğənni Nazim Pişiyarinin (Faytonçu Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, “Elmed” klinikasının nümayəndəsi Ramiz İbrahimov apelyasiya şikayəti verib.

Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər