16 Yanvar 2018 01:56
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Şeron Stoun 2001-ci ildə beyninə qan sızmasından danışıb.

Teleqraf.com xəbər verir ki, aktrisanın sözlərinə görə, həkimlər həmin vaxt onun yaşama şansını 5 faiz qiymətləndiriblər.

Şeron Stoun bildirib ki, bu onun peşəkar keyfiyyətinə təsir göstərib və o, uzun müddət kinoda rol ala bilməyib.

"Mənim bütün həyatım məhv oldu", - deyə CBS telekanalı Stounun sözlərini sitat gətirib.

Aktrisa telekanala müsahibəsində işinə qayıtmağa hazır olduğunu və bunun hazırda onun üçün əsas məqsəd olduğunu deyib.

Stoun aktyor karyerasına 1980-ci ildə başlayıb. O, "Kazino", "Əsas instinkt", "Pişik qadın", "Qırılmış güllər", "Yonqar" və s. kimi tanınmış filmlərdə rol alıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər