11 Avqust 2014 17:10
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis aktyoru: “Nənəm Atatürkə dərs deyib”

İngiltərə və Macarıstanın birgə istehsalı olan “Atatürk” filmində çəkiləcək aktyorların adları açıqlanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor heyətinin tərkibində türk aktyorlar yer almayıb.

Filmdə Atatürk obrazını 29 yaşlı ingilis aktyor Cek Foks canlandıracaq. Qeyd edək ki, daha çox seriallarla məşhurlaşan aktyorun kariyerasında “Atatürk” ikinci film olacaq.


“Moon Life” jurnalına müsahibəsində aktyor maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə, nənəsi Atatürkə ingilis dilindən dərs deyib: “Keçən dəfə anama yeni layihələrim barədə məlumat verirdim. Atatürk adını çəkəndə anam məni təəccübləndirdi. O nənəmin Mustafa Kamal Atatürkün evində qaldığını və ona ingilis dilini öyrətdiyini dedi. Çox təəccübləndim”.


Məlumat üçün bildirək ki, filmdə Atatürkün 1923-1925-ci illərdə evli olduğu Lətifə xanım obrazını Deysi Biven oynayacaq. İsmet İnönünü Culian Ryan Tuta, müxbir Luiza E.Broun obrazı isə Sara Qadona həvalə olunub. Qeyd edək ki, filmin ssenarisinə görə, Atatürk 1919-cu ildə ondan müsahibə götürən “Çikaqo Daily News” qəzetinin müxbiri Luiza E.Brounla sevgi macərası yaşayır.


Pərvin


Müəllif: