27 May 17:41
1 216

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla xalq artisti fəxri adına layiq görülən müğənni Eyyub Yaqubov sosial şəbəkə vasitəsilə dövlət başçısına və onu təbrik edənlərə öz minnətdarlığını bildirib.

Teleqraf.com xəbər verir ki, o yazıb:

“Əziz və hörmətli dostlar! Cənab prezidentin sərəncamı ilə xalq artisti fəxri adına layiq görüldüm. Bunun üçün hər kəsə, sizlərə öz ehtiramımı bildirirəm!

Qeyd edək ki, sözügedən sərəncamla xalq artisti fəxri adı alanlar arasında Eyyub Yaqubov (Yaqubov Əyyub Zəkəriyyə oğlu) da var.


Müəllif: Səxavət
Загрузка...