Rusiyanın Xalq artisti Lev Leşenko səhhəti pisləşdiyi üçün konsert zalından xəstəxanaya çatdırılıb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, 76 yaşlı Leşenkonun Ümumrusiya "Sülh naminə" müsabiqəsinin finalında çıxış etməsi nəzərdə tutulsa da halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. Həkimlərin məsləhətindən sonra xalq artisti xəstəxaya aparılması qərara alınıb.
Lev Leşenkoya hansı diaqnoz qoyulduğu hələ ki, açıqlanmayıb.