Teleqraf.com yazıçı Murad Köhnəqala ilə video-müsahibəni tədim edır.
Yaxın günlərdə Azərbaycan prezidentinin sərəncamı ilə ev alan yazıçı bundan əvvəl də ev almaq imkanının olduğunu bildirib.
Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirdiyini deyən Murad Köhnəqala 1990-cı illərdə evə sahib olmaq imkanı əldə etdiyini desə də, həmin dönəmdə baş verən proseslərə görə bundan imtina etdiyini bildirib:
“Həmin vaxt vətəndən kənarda əyani şərtlərlə ali təhsil almış şəxslərə gənc mütəxəssis kimi evlər verilirdi. Məndən əvvəl həmin Ədəbiyyat İnstitutunu bitirənlər evlə təmin olundu. Onların arasında Səfər Alışarlı, Nazim Əhmədli, Saday Budaqlı, Maarif Sultan, Umud Rəhimoğlu vardı, onlar Yazıçılar Birliyinin köməkliyi ilə mənzillə təmin olundu, mən qaldım.
Mən gələndə Ermənistandan, Qərbi Azərbaycandan olan qaçqınlar bu tərəfə, o cümlədən Bakıya gəlmişdi. Bütün yataqxanalarda, uşaq bağçalarına qədər ayrı-ayrı məkanlarda məskunlaşırdı. Mən də subay adam idim, o vaxt düşünürdüm ki, hələlik lazım deyil. Amma mənə deyirdilər ki, sənəd ver səni də evlə təmin etsinlər. Mən özümə sığışdırmadım...”