Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib.
Teleqraf.com xəbər verir ki, qəzələ musiqi yazan müğənni onu xoru və orkestri ilə birgə oxuyub.
Mahnıda sənətçiyə Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə də yoldaşlıq edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.
“Nəsimi” adlandırılan ifa Sami Yusufun rəsmi “Youtube” kanalına yerləşdirilib. 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb.
Qeyd edək ki, layihə Bakıda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində həyata keçirilib.