23 İyul 2020 08:25
5 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin əfsanəvi ABBA qrupu 2021-ci ildə bir neçə yeni mahnı buraxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə musiqi kollektivinin iştirakçısı Byorn Ulveusa istinadən “The Independent” nəşri yazıb.

Ulveus qeyd edib ki, qrup beş yeni mahnı yazıb. Həmin mahnıları 2020-ci ildə buraxmaq planlaşdırılıb, ancaq texniki çətinliklərə və koronavirus pandemiyasına görə relizləri təxirə salmaq lazım gəlib.

ABBA qrupu son albomunu 1982-ci ildə buraxıb. Bununla belə, qrupun ictimaiyyət qarşısında ifa edilməyən bəzi mahnıları 90-cı illərdə yayılıb. Qeyd edək ki, beynəlxalq “Eurovision” mahnı müsabiqəsi tarixində ən böyük mahnı ABBA-ya məxsusdur. Bu, “Waterloo” mahnısıdır


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər