Türkiyənin məşhur aktyoru Kamal Sunalın ( Şaban) vəfatının 21-ci ildönümündə atasının qəbrini ziyarət edən Əli Sunal onunla foto çəkdirmək istəyənlərə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, aktyorun həyat yoldaşı Gül Sunal aktyorun məzarı başında dua oxunduqdan sonra maska taxmayanlardan kənara çəkilmələrini xahiş edib.
"Bizim və insanların sağlamlığını təhlükəyə atmayın. Xahiş edirik, maska taxmayanlar arxa tərəfdə dayansın".
Əli Sunal isə foto çəkdirmək istəyənlərə qəzəblənib: "Şəkil çəkdirmək istəyənlərin yaxınlaşmamasını rica edirik, mərhuma hörmətiniz olsun".