1 Dekabr 2021 12:01
2 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb.

Bu haqda Teleqraf.com-a aktyorun qızı İlahə Əbdülləliyeva məlumat verib.

"Ötən gün xəstəxanadan çıxardıq. Evdə müalicəsi davam edir. Səhhəti yaxşı deyil, həkim dedi ki, evə aparın. Hərəkəti yoxdur, yataqdadır. Hərdən huşu gedir, özünü yaxşı his etmir. Anam da xəstə olduğuna görə, atamı öz evimə gətirdim".

Qeyd edək ki, əməkdar artist Milli Onkologiya Mərkəzində əməliyyat edilib. O, bağırsaq xərçəngindən əziyyət çəkir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər