17 Noyabr 2014 15:18
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təklifi qəbul etmək istəmədim”

“Çoxları elə bilir ki, Məşədi İbadı oynamağım Cənnət xanım Səlimovanın təklifidir. Amma əslində bu təklif Musiqili Teatrın direktoru Əliqismət Lalayevdən gəlib. Bu məhz onun seçimidir”.

Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artist Şövqi Hüseynov Musiqi Teatrın səhnəsində canlandırdığı Məşədi İbad obrazı ilə bağlı danışarkən deyib. O bildirib ki, əvvəl-əvvəl təklifi qəbul etmək istəməyib:

“Mənimlə ilk dəfə bu barədə söhbət edərkən təklifi qəbul etmək istəmədim. Düşündüm ki, möhürü üstündə olan bir obrazı yeni ampuladan təqdim etmək birmənalı qarşılanmaya bilər. Amma Əliqismət müəllim təkid etdi və məni inandırdı. Nəticədə ortaya uğurlu bir iş qoya bildim. Bu, həm də Əliqismət Lalayevin uğurudur”.

Qeyd edək ki, ötən ay Musiqili Teatrda premyerası keçirilən Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad rolunu Şövqi Hüseynov canlandırır. Şövqinin ifasında Məşədi İbad tamamilə yeni, fərqli, tamaşaçıda özünə qarşı rəğbət oyadan obraza çevrilib.

Nərmin


Müəllif: