22 May 2022 09:39
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Əminə Ərdoğanın rəhbərliyi ilə Mədəniyyət və Turizm nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun əməkdaşlığı çərçivəsində ölkəmizdə türk mətbəxinin təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç tədbirin mahiyyətindən danışıb: "Türk mətbəxinin təqdimatı tədbirinə xoş gəlmisiniz. Yunus Əmrə İnstitutu 50 ölkədə 70 mədəniyyət mərkəzi vasitəsilə türk dilini öyrədərək, sənət və mədəniyyət proqramları icra edərək Türkiyə ilə dünya arasında dostluq, anlaşma və etimad quran beynəlxalq mədəniyyət institutudur.

Mayın 21-dən 27-dək bütün dünyada və ölkəmizdə türk mətbəxi həftəsi qeyd olunur. Bu münasibətlə köklü türk mətbəxi beynəlxalq miqyasda təqdim olunur.

Bu gün biz Azərbaycanda sayılıb-seçilən hotel və restoranlarda çalışan, eyni zamanda Kulinariya Mərkəzinin üzvü olan məşhur aşpazlarımıza türk mətbəxinin seçkin və zəngin menyusunu təqdim edərək, türk mətbəxini Azərbaycanda daha geniş yaymağı və buraya gələn xarici qonaqların Türkiyə ilə bağ yaratmasını təmin etməyi hədəklyirik. Elm, texnologiya və mədəniyyət sahəsində Türkiyənin beynəlxalq arenada düzgün tanıdılması və ölkəmizlə Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə türk mətbəxinin menyusunu sizlərlə paylaşmaq istədik".

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Vüqar İskəndərov, əməkdar artistlər Nərgiz Cəlilova, Gülzar Qurbanova, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, aparıcı Kamran Həsənli, modelyer-dizayner Gülnarə Xəlilova və bir çox qonaqlar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova