75-ci Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib, qaliblər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 21 film arasında 12 gün davam edən rəqabətə son qoyulub.
Mərasimə “Benedetta” serialının ulduzu Vircinie Efira aparıcılıq edib.
Gecədə Ruben Estlund “Kədər üçbucağı” filmi ilə “Qızıl Palma” mükafatına layiq görülüb.
“Ən yaxşı rejissor” nominasiyasının qalibi rejissor Çan Vuk Park, “Ən yaxşı ssenari” isə “Cənnətdən gələn oğlan” filminə görə Tarik Salehə təqdim edilib.
İranlı aktrisa Zər Əmir İbrahimiyə “Müqəddəs hörümçək” filminə görə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. “Ən yaxşı aktyor” isə Sonq Kanq Ho seçilib.
75-ci Kann Film Festivalının münsiflər heyətində Vinsent Lindon, britaniyalı Rebeka Hall, hindistanlı aktrisa Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, iranlı kinorejissor Əsgər Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nikols yer alırdı.
75-ci Kann Film Festivalının qalibləri:
Ən yaxşı film – “Qızıl Palma budağı”- “Kədər üçbucağı” (Ruben Estlund)
Qran Pri: “Bağla” (Lukas Dhont) və “Günorta Ulduzları” (Claire Denis)
Münsiflər heyətinin mükafatı: “Səkkiz dağ” (Feliks van Qroeningen, Şarlotta Vandermerş) və EO (Yerji Skolimovski)
Ən yaxşı rejissor: Çan Vuk Park (Getməyə qərar vermək)
75-ci yubiley mükafatı: Jan Pyer və Luk Darden (Tori və Lokita)
Ən yaxşı ssenari: “Cənnətdən gələn oğlan” (Tarik Saleh)
Ən yaxşı aktyor: Sonq Kanq Ho (Broker)
Ən yaxşı aktrisa: Zər Amir Ebrahimi (Müqəddəs Hörümçək)
Ən yaxşı debüt film: “Müharibə ponisi” (Rayli Kio, Cine Kempl)
Ən yaxşı qısametrajlı film: “Su şırıltıları” (Jiangin Çen)