7 Sentyabr 2022 13:05
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyi rejissor Vitali Manskini axtarışa verib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Manskinin konkret nədə ittiham olunduğu açıqlanmır.

Sentyabrın 6-da rejissor Nikita Mixalkov Vitali Manskini Moskva Beynəlxalq Film Festivalının büdcəsindən oğurluqla bağlı bəyanatına görə böhtan atmaqda ittiham edib.

Festivalının direktorunun mətbuat katibi İrina Myaçina bununla bağlı polisə şikayət edildiyini təsdiqləyib.

Qeyd edək ki, Manski Kseniya Sobçaka müsahibəsində Moskva Beynəlxalq Film Festivalında (MIFF) büdcənin ən azı 85 faizinin oğurlandığını demişdi. O, hətta əlavə etmişdi ki, bunu məhkəmədə sübut etməyə hazırdır.

Məlumat üçün bildirək ki, Moskva Beynəlxalq Film Festivalının direktoru Nikita Mixalkovdur.


Müəllif: Nərmin

Oxşar xəbərlər