Bu gün Türkiyədə 59-cu Antalya Qızıl Portağal Film Festivalının açılışı olub.
Teleqraf.com xəbər verir ki, açılış mərasimi qırmızı xalça ilə başlayıb.
Kino və televiziya dünyasının məşhur simalarının qatıldığı festival maraqlı görüntülərlə yadda qalıb.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy jurnalistlərə açıqlamasında "Qızıl Portağal"ın Türkiyənin ən əhəmiyyətli mədəniyyət və incəsənət tədbirlərindən biri olduğunu və nazirlik olaraq festivalı hər zaman dəstəklədiklərini bildirib.
Festivalda "Fəxri mükafat"a layiq görülən Perihan Savaş 17 yaşında "Qızıl Portağal"da ilk mükafatını aldığını, 48 ildən sonra da eyni qüruru yaşayacağını bildirib.
Ənənəvi kortejdə də iştirak etdiyini bildirən Savaş əlavə edib:
"40 dərəcə istiyə baxmayaraq, kortej gözəl idi. Antalyalıların bütün küçələri doldurması həqiqətən heyrətamiz idi. Bu bizim festivalımızdır, 59-cu festivaldır və kinoya böyük töhfəsi var. Ümid edirəm ki, daha da böyüməyə davam edəcək”.