21 Noyabr 2022 18:37
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı aktyor Qari Oldman aktyorluq karyerasını bitirmək istədiyini açıqlayıb.

Teleqraf.com “The Times” nəşrinə istinadla xəbər verir ki, Oldman "Yavaş atlar" serialından sonra aktyorluq karyerasını bitirmək niyyətindədir.

O, həsəd aparılacaq bir işi olduğunu, lakin zaman keçdikcə hər şeyin “azalmağa doğru” getdiyini qeyd edib. Onun sözlərinə görə, aktyorluqdan başqa onu maraqlandıran məqamlar da var.

“80 yaşım olanda daha bu qədər aktiv olmaq istəmirəm. Cekson Lamb rolunu oynayıb orada da aktyor kimi fəaliyyətimi dayanmaq mənim üçün şərəf olardı”, - deyə aktyor bildirib.


Müəllif: Nərmin