“Mərmər soyuğu” filmi Goa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalında iştirak edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azerbaijan Actors Agency”nin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
“Azerbaijan Actors Agency”nin aktrisası Natavan Abbaslı filmdə baş rollardan birini ifa edir.
Festivalda Azərbaycanı Natavan Abbaslı və filmin quruluşçu operatoru Oktay Namazov təmsil edirlər.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətinin birgə istehsalı olan "Mərmər soyuğu" filminin rejissoru Asif Rüstəmovdur.
Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı çəkiliblər.
Filmin baş prodüseri Arzu Əliyevadır.