29 Noyabr 2022 14:46
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış amerikalı rejissor, prodüser, ssenarist Stiven Spilberqin koronavirus testi müsbət çıxıb.

Teleqraf.com “Deadline” nəşrinə istinadən xəbər verir ki, rejissor bu səbəbdən “Gotham” mükafatlandırma mərasiminə qatıla bilməyib.

Spilberq çəkdiyi “Fabelmans" filmində rol alan aktyor Mişel Uilyamsın “Gotham” mükafatlandırma mərasimindəki performansını izləməyi planlaşdırırdı.

Əslən yəhudi olan 75 yaşlı Spilberqin səhhəti ilə bağlı hələlik məlumat verilmir.

Qeyd edək ki, Stiven Spilberq dünya kino tarixində xüsusi izi olan “Şindlerin siyahısı”, “Siravi Raynı xilas etməli”, “Yura dövrünün parkı”, “Çənələr” filmlərinin rejissorudur.


Müəllif: Nərmin

Oxşar xəbərlər