10 Dekabr 2022 20:00
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tək yaşayıram, pişiklərimlə qalıram. Nəvələrim, nəticələrim də var. Amma onlara mane olmaq istəmirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Günaydın, Azərbaycan" proqramına müsahibəsində deyib.

81 yaşlı aparıcı maraqlı fikirləri ilə diqqət çəkib.

"Evdə oturmaq darıxdırıcı olmur. Səsyazmalara gedirəm, uşaqlar üçün nağıllar oxuyuram. Çünki uşaqları çox sevirəm, onlar üçün ürəkdən səsləndirirəm. Həftənin birinci günü 5-6 səsyazmanı edirəm, sonra da qulaq asıram. Televiziya izləyirəm, 4 televizorum var”.


Müəllif: Pərvin Cəfərova