“Azərbaycanfilm” kinostudiyası kommersiya layihəsini Türkiyə ilə müştərək həyata keçirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə kinostudiyanın direktoru Müşfiq Hətəmov 2014-cü il ərzində kinematoqrafiya sahəsində görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, layihə gələn ilin mart ayında təsdiqini tapmalıdır:
“Kommersiya filmləri baxımından biz əsasən Türkiyə ilə müştərək film çəkmək istəyirik, çünki oranın kino bazarı genişdir. Hazırda o layihənin üzərində danışıqlar gedir, mart ayında təsdiqini tapsa, o zaman işlərə başlanacaq”.
Nərmin