6 Yanvar 2023 18:08
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrün ən çox izlənilən və haqqında danışılan audiovizual məhsulu seriallardır. Bu səbəbdən seriallarda çəkilən aktyor və aktrisalar ən qısa zamanda ölkə və ölkədən kənarda tanınır, hər sözləri, hərəkətləri sosial mediada gündəm olur.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bəzi ölçmə xidmətlərinin müntəzəm araşdırmaları nəticəsində gün, həftə, ay və ilin ən çox danışılan simalarını təqdim edir.

Somera ölçmə xidməti tərəfindən aparılan təhlil nəticəsində siyahıda maraqlı simalar diqqət çəkib. Görünən odur ki, uzun illər ekranda olan təcrübəli adlarla yanaşı, gənc nəsil aktyorlar da izləyicilər tərəfindən sevilir.

Siyahıya “Kardeşlerim” serialında Doruk obrazı ilə tanınan Onur Seyit Yaran başçılıq edir.

İkinci sırada qərarlaşan Yiğit Koçak da “Kardeşlerim” serialı ilə məşhurlaşıb.

Onları təqib edən aktyor ötən mövsüm “Təşkilat” serialı ilə ekranlarda olan Çağlar Ertuğruldur.

Üçüncü sırada “Tuzak” adlı yeni serialı ilə sosial mediada gənc həmkarlarına meydan oxuyan Akın Akınözü qərarlaşıb.

Növbəti sıralamada Ekin Koç və İlhan Şen yer alıb.

Populyarlıq sıralamasında 7-ci yerdə “Kardeşlerim” serialının digər aktyoru Rəcəb Usta var.

Siyahının 8-ci pilləsində “Emanet” serialının aktyoru Halil İbrahim Ceyhan yer alıb.

“Alparslan: Böyük Səlcuqlu” serialı ilə ekrana gələn və populyarlıq baxımından gənc həmkarları ilə rəqabət aparan ekran ulduzlarından Barış Arduç 9-cu yerdədir.

Onluq siyahısında ən son pillədə Uraz Kayğılaroğlu qərarlaşıb.


Müəllif: Nərmin