26 Yanvar 2023 16:13
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzvlükdən imtina ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) heç bir müraciət daxil olmayıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) Teleqraf.com-un sorğusuna cavabda belə bildirilib.

Qeyd olunur ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən şəxs üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

"Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək, əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər".

Qeyd edək ki, bu gün ARKİ-də baş verən son hadisələrlə bağlı ittifaqın üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadiminin istefa verdiyinə dair informasiyalar yayılıb. Siyahıda Xalq artistləri Əbdül Mahmudbəyov, Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva və başqalarının adı çəkilir.


Müəllif: Nərmin Muradova