Məşhur türkiyəli aktyorlar İlyas Salman və Müjde Arın çəkildiyi "Çirkin də sevir" filminin çəkildiyi Adıyamanda köhnə Kahta kimi tanınan böyük qaya zəlzələ nəticəsində iki yerə bölünüb.
Teleqraf.com xəbər verir ki, nəhəng qaya kölgəsi altındakı evin bir hissəsini də əzib.
Hələlik evdə ilişib qalan qayanın bir müddət sonra kəndə yuvarlanacağından qorxan kəndlilər çadırlarda yaşayırlar.
Sinan Çətinin rejissorluğu ilə məşhur aktyorlar Müjde Ar və İlyas Salmanın rol aldığı “Çirkin də sevər” filmi 1981-ci ildə Adıyamanda çəkilib.