2 Mart 2023 14:36
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il Oskar mükafatlandırma mərasimində aktyor Uill Smit tərəfindən şillələnən aktyor və şoumen Kris Rok zərbədən sonra özünü necə hiss etdiyi barədə ilk dəfə danışıb.

Teleqraf.com “The Sun” nəşrinə istinadən xəbər verir ki, o hadisəni “Netflix” yayım platforması üçün hazırladığı yeni “stand-up”da təsvir edib.

58 yaşlı Rok deyir ki, ondan tez-tez zərbənin ağrılı olub-olmadığını soruşurlar.

“Lənət olsun, bəli, ağrıdı. O, Məhəmməd Əli idi! Mən isə Puki” – deyən aktyor 2001-ci ildə Smitin çəkildiyi “Əli” filminə və vaxtilə özünün bir oynadığı narkoman obrazına işarə vurub.

"Hətta cizgi filmlərində mən zebrayam, o isə lənətə gəlmiş köpəkbalığıdır" deyə Rok rollar haqqında zarafat etməyə davam edib.

O həmçinin Smitin “Summertime” mahnısına eyham vuraraq deyib:

“Mənə elə zərbə vuruldu ki, qulaqlarımda “Summertime” səsləndi”.

Xatırladaq ki, ötən il martın 27-də Uill Smit Oskar mərasimində səhnəyə çıxaraq həyat yoldaşının saçları ilə bağlı zarafat edən Kris Roka şillə vurmuşdu. Smitin həyat yoldaşı Jada Pinkett-Smit autoimmun xəstəliyindən əziyyət çəkir və saçları tökülür. Bu mənada Rokun Jadaya xitabən “çox qısa saçları” olduğunu deməsi Smiti hiddətləndirmişdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər