“Möhtəşəm yüz il” serialının ən diqqət çəkən personajlarından olan Hürrəm Sultanı oynamaq öncə tanınmış aktrisa Fahriyə Evcənə təklifi olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, indi ortaya çıxan bu fakt sosial mediada gündəm olub.
“Yaprak dökümü” serialını tamamlayan və bir az dincəlmək istəyən Fahriyə Evcən təklifi qəbul etməyib.
Baş rollarda Halit Ergenç, Selam Ergeç, Nur Fettahoğlu, Nebahat Çehre, Okan Yalabık və digər aktyorların çəkildiyi “Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazının cavanlığını Məryəm Uzərli, yaşlı dövrünü isə Vahidə Gördüm canlandırıb.