İrlandiyalı aktyor Kolin Farrell 5 illik sevgilisi olan Kelli MakNamaradan ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Qeyd olunur ki, cütlüyün ayrılmasına səbəb sənətçinin çəkilişləri olub.
“Kolinin cədvəli onun Kelli ilə münasibətinə təsir etdi və onlar sakitcə ayrıldıqlarını elan etdilər. Aralarında narazılıq yoxdur, amma iş qrafikiniz çox məşğul olanda romantik münasibəti davam etdirmək çətinləşir”, - deyə aktyora yaxın mənbə bildirib.
Qeyd edək ki, Kolin Farrellə Kelli MakNamara münasibəti 2017-ci ildə ictimaiyyətə məlum oldu. Daha sonra paparassilər cütlüyün birlikdə fotolarını yayımladılar.