Bu gün Kinorejissorlar Gildiyasında "Kino günü" ilə bağlı tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Kinorejissorlar Gildiyasının İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə milli kinonun gələcək taleyi ilə bağlı müzakirələr aparılıb və 2023-cü ilin yubilyarları kinorejissor, Xalq artisti Oktay Mir Qasımın 80, kinorejissor, Xalq artisti Vaqif Mustafayevin 70 və kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin 60 illik yubileyləri qeyd edilib.