Kinematoqrafiya İncəsənət və Elmləri Akademiyası Hollivudda aktyor və ssenaristlərin tətilləri səbəbindən 14-cü Oskar Mükafatını (Fəxri Oskar) təxirə salmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Vanity Fair" məlumat yayıb.
Bu il Oskar Mükafatı 18 noyabrda keçirilməli idi, lakin tətil səbəbindən tədbir 9 yanvar 2024-cü ildə baş tutacaq. Nəşrin məlumatına görə, bu ilin sonunda tədbir keçirmək mümkün deyil, çünki tətillər səbəbindən aktyorlar, ssenaristlər və kinorejissorlar filmlərin tanıtımında iştirak edə bilmirlər: Belə ki, tətil çərçivəsində onlara reklam kampaniyalarında iştirak etmək qadağan edilib.
Hollivud yazıçı və ssenaristlərinin tətili haqqında məlumat mayın əvvəlində yayılmışdı. İyulun 13-də ABŞ Ekran Aktyorları Gildiyası tətilə başladığını elan etdi. 1960-cı ildən bəri ilk dəfə aktyorlar və yazıçılar eyni vaxtda tətil edirlər.