Xalq artisti Mehriban Zəkinin heykəli hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə yazıb.
"Gənc heykəltəraş Müstəqil Balayev atası heykəltəraş İlqar Balayevin heykəlimi hazırladığını söylədi və şəkillərini göndərdi. Açığı gözlənilməz xəbərə necə reaksiya verəcəyimi bilmədim. Şəkilləri görəndə duruxub qaldım. Bu şəkilləri sizinlə paylaşıb, İlqar müəllimə təşəkkürümü bildirirəm.
P.S. İlqar Balayev Atatürkün, Salvador Dalinin, Emin Sabitoğlunun, Fride Kahlonun heykəllərini hazırlayıb" - deyə aktrisa qeyd edib.