Yazıçılar Birliyinin üzvü, bu günlərdə daha bir kitabı ilə oxucularla görüşən gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Cənubi Azərbaycanın tanınan “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulur.
Kukla Teatrının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda belə deyilir.
Qeyd edək ki, 2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən teatr zəngin və qədim kukla teatrı ənənələrinin yaşadılması və təbliğatı işini Təbriz başda olmaqla bütünlükdə İran və eləcə də onun hüdudlularından kənarda təbliğ etməklə məşğuldur. Əsas məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə də yaşatmaq olan teatr qurucusu və rejissoru olduğu Əli Bernonun rəhbərliyi ilə bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla bir sıra ölkələrin beynəlxalq kukla teatrı festivallarında da iştirak edib. Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməklə uşaqlara teatrı, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədələyən sənət ocağı bu dəfə gənc müəllifə üstünlük verməklə onun bədii nümunəsini səhnələşdirməyi qərara alıb.
Tamaşa yanvarın 21-dən fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alacaq.
Onu da qeyd edək ki, səhnə nümunəsinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.
Nərmin