Ötən il Mədəniyyət və Turizm Nazirliyin dəstəyi ilə milli mədəniyyətin təbliği, dünya ədəbiyyatından nümunələrin oxuculara çatdırılması, uşaq, musiqi və incəsənət məktəblərinin tələbatının ödənilməsi məqsədilə ümumilikdə 70 addan çox zəruri kitab işıq üzü görüb. Bu nəşrlər ölkə kitabxanalarına paylanılıb, beynəlxalq kitab sərgilərində nümayiş etdirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dövlət kitabxana fondunu zənginləşdirmək, nəşriyyatların və müəlliflərin fəaliyyətini stimullaşdırmaq məqsədilə daxil olmuş müraciətlərə və müvafiq komissiyanın seçiminə əsasən 309 adda 6735 nüsxə nəşr məhsulunun alışı həyata keçirilib.
Bütün bunlarla yanaşı, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması işi də uğurla davam etdirilir.