15 Noyabr 2023 12:16
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 18-dən Müasir İncəsənət Muzeyində rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” sərgisi açılacaq.

Teleqraf.com xəbər verir ki, sərgidə rəssamın son illərdə yaratdığı 56 rəngkarlıq, 26 qrafik əsəri nümayiş olunacaq.

Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr” və “Qarışıq” mövzuları üzrə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, Soltan Soltanlı 1997-ci ildən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarış, festival və sərgilərdə ölkəmizi təmsil edir.

Bu müddətdə o, xeyli beynəlxalq mükafatlara layiq görülüb, yüzlərlə sərgidə iştirak edib, eləcə də, əsərləri yüzlərlə kataloqda nəşr olunub. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

O, təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur.

“Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər