Mənə bir bayram verin, içində atam olsun! Sənsiz ilk Yeni il! Sənin gedişinlə hər şey, hər kəs bitdi mənim üçün. Məni yandıran bilirsiz nədir? Vəfat günündən bir gün əvvəl əli ilə "əla" işarəsini göstərib dedi ki, "hər şey yaxşı olacaq", göz vurdu..."
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruzun oğıu aktyor Cavidan Novruz instaqram hesabında yazıb.
O daha sonra əlavə edib:
"Dostlar, məni qınamayın, bu mənim ən həssas yerimdir, ömrümün sonuna kimi unudulmaz bir dərdimdir. Mən özümü gözəl tanıyıram. Sizi yormuş kimi olmayım, xahiş edirəm. Komik lahiyədə olsam belə, içim heç vaxt gülmür, məni anlayın, hər şeydə artıq soyuqqanlıyam, hər şeyi, hər kəsi öz axarına buraxmışam, hamını olduğu kimi qəbul edirım. Gizlədə bilmirəm durumumu bəzən və nadir hallarda belə açıq paylaşım edərəm.
Keçən il mənim üçün nəinki ad günüm, bütün bayramlar bitdi. Hər şeyə nöqtə qoydum. İstəməzdim bu günlərdə belə neqativ olum. Amma ruh halım yaxşı deyil və belə çox gedəcəyimi düşünmürəm.
Bəzi adamlara səslənirəm: "Nə olar, mənimlə işiniz olmasın, xahiş edirəm. Mənim öz dərdim özümə bəsdir.
Bu illik məndən bu qədər. Sizin bayramınız mübarək!".