31 Yanvar 18:45
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin 2021-ci ildə elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin qalibləri üzv olduqları Kinorejissorlar Gildiyasına dəstək üçün müraciət ünvanlayıblar və bununla bağlı Gildiyada görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kinorejissorlar Gildiyası məlumat yayıb.

Məlumata görə, görüşdə Mədəniyyət Nazirliyinin müsabiqə şərtlərinə uyğun üzərinə götürdüyü öhdəlikləri bu günə qədər icra etmədiyi və bununla da audiovizual müəllif hüquqlarını pozaraq, onlara maddi və mənəvi ziyan vurulduğu qeyd edilib.

Görüşdə müəlliflərin pozulmuş hüquqlarının bərpası istiqamətində qanunvericiliyə uyğun atılacaq mümkün hüququ addımlar da müzakirə olunub.


Müəllif: Nərmin

Oxşar xəbərlər